Yuxarı

​SOCAR Nəqliyyat İdarəsinin rəisi: "Haqqımızda yayılan məlumat ağ yalandır"

Artıq məhkəməyə müraciət etməyi qərara almışıq

Bakı. 25 May. REPORT.AZ/ "Haqqımızda yayılan bu məlumat ağ yalandır və heç bir həqiqəti əks etdirmir". Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun onun İŞİD-ə yardım etməsi ilə bağlı ittihamlarını cavablandırarkən deyib.

E.Zülfüqarovun sözlərinə görə, özünü hüquq müdafiəçisi kimi təqdim edən ittihamçı ilə heç bir tanışlıqları yoxdur və bu ittihamla bağlı Bəxtiyar Məmmədov barəsində məhkəməyə müraciət edəcəklər: "Artıq məhkəməyə müraciət etməyi qərara almışıq. Bizə qarşı çox gülünc ittihamlar irəli sürülür. Böhtan xarakterli bu informasiyanı yayan şəxsi məhkəməyə verməkdə qərarlıyıq. Şirkətimiz hər ay 100-150 adama yardım ayırır. Kiməsə yardım etmək nə vaxtdan pis əməl hesab edilib?".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi