Yuxarı
    Bağlamaq

    “Neftqaztikinti” trestinin elektrik montyoru yıxılaraq dünyasını dəyişib

    Hadisənin baş vermə səbəbləri araşdırılır

    Bakı. 22 fevral. REPORT.AZ/ “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov "Neft Daşları"nda 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılaraq aldığı xəsarətdən keçinib.

    "Report" SOCAR-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində baş verib.  

    Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. 

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi