Neftin yaxın 5 il üçün qiymət proqnozu azaldılıb

Neftin yaxın 5 il üçün qiymət proqnozu azaldılıb "Argus" şirkətinin ekspertləri neftin maksimum 60 dollar/barelə kimi bahalaşacağını düşünürlər
Energetika
4 Aprel , 2017 15:51
Neftin yaxın 5 il üçün qiymət proqnozu azaldılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Yaxın 5 il üçün qlobal bazarda xam neftin qiyməti üzrə proqnoz aşağı salınıb. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, İngiltərədə yerləşən beynəlxalq müstəqil qiymətləndirmə və araşdırma agentliyi - "Argus" şirkəti bununla bağlı hesabat hazırlayıb.

Şirkətin Neft-kimya Departamentinin vitse-prezidenti Deyv Makkaskil (Dave McCaskill) bildirib ki, "Argus" daha öncə neft qiymətlərinin yaxın 5 ildə 75 dollar/barelə qədər yüksələ biləcəyini proqnozlaşdırsa da, yeni hesabatda maksimal proqnoz 20% azaldılaraq 60 dollar/barelə salınıb.

ABŞ-da şist neft hasilatının gözlənildiyindən tez sabitləşməsi qiymət proqnozunun azaldılmasına səbəb olub. Moskvada keçirilən "Rusiya və MDB qazının monetləşməsi" adlı konfransda çıxış edən D.Makkaskil bildirib ki, ABŞ-dakı neft hasilatçıları 35-40 dollar/barel maya dəyəri ilə neft hasil etməyə müvəffəq olub: "Hazırda neft bazarındakı çətin şəraitə baxmayaraq, onlar hasilatı artırır. Bu artım düşündüyümüzdən daha yüksək səviyyədə baş verir".

Son xəbərlər

Orphus sistemi