Yuxarı

Ekspert: "Neftin ucuzlaşmasının səbəbkarı Səudiyyə Ərəbistanıdır"

Bakı. 20 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti ötən gün artdıqdan sonra yenidən azalıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13.25-ə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti  3,86% azalaraq bir barel üçün 55,03 ABŞ dollarına, “WTI” markalı neftin isə qiyməti Nyu York birjasında 4,32% azalaraq 46,09 ABŞ dollarına düşüb.

Əvvəlki hərracdakı 5 faizlik azalmadan sonra ötən gün hər iki marka neft orta hesabla 3 faiz bahalaşmışdı.

Pakistanlı iqtisadi təhlilçi Malik Əyub Sumbal “Report”a bildirib ki, neftin qiymətinin kəskin azalması Səudiyyə Ərəbistanının rekord həcmdə xam neft ixrac etməsi ilə bağlıdır: "Birləşmiş Ştatlar Prezident Donald Trampın siyasəti üçün sərfəli olduğundan qiymətləri aşağı həddə saxlamaq məqsədi ilə Səudiyyə Ərəbistanına neft ixracını artırması üçün təzyiq göstərir. OPEC ölkələri ilin sonunda hasilatı azaltmağa razılıq versə də, Səudiyyə Ərəbistanının dünya bazarında neft bolluğu yaratması qiymətlərin aşağı həddə qalmasında mühüm rol oynayıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi