Yuxarı

"​SOCAR Energy Turkey": Neftin ucuzlaşması Türkiyədə turizm və xidmət sahəsinə təsir edəcək

Neftin ucuzlaşması iqtisadi böyüməyə təsir etməyib

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Neftin qiymətlərinin həddindən artıq ucuzlaşması Türkiyəyə xeyir verməz, əksinə, ona ziyan vura bilər". "Report" xəbər verir ki, bunu "Bloomberg HT"yə Rusiya ilə Türkiyə arasında yaranan olayları şərh edən "SOCAR Energy Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.

Onun sözlərinə görə, xam neftin qiymətinin 60 dollardan ucuz olması artıq Türkiyəyə ziyan vurub:  "Neftin qiymətinin 60 dollardan aşağı düşməsi artıq Türkiyəyə ziyan vurmağa başlayıb. Bu ucuzlaşma ixraca, Türkiyədəki investisiya layihələrinə, turizm və xidmət sahəsinin ziyan görməsinə təsir edəcək. Neftin qiymətinin 60-80 dollar arasında olmasında Türkiyə daha yaxşı mövqedə olar. İlk 6 aya baxıldıqda hardasa son 10-15 ilin ən ucuz enerji qiymətlərini görürük, amma bunun iqtisadi böyüməyə təsiri yoxdur". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi