Dünya neft bazarında qiymət azalmasının sürəti bir qədər zəifləyib.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14.51-ə olan vəziyyətə görə “Brent” markalı neftin avqust fyüçersləri 0,56 faiz ucuzlaşaraq 72,67 ABŞ dollarından, “WTI” markalı neftin iyul fyüçersləri isə 0,38 faiz ucuzlaşaraq 70,77 dollardan satılıb. Ötən gün isə hər iki marka müvafiq olaraq 1,76 faiz və 1,54 faiz ucuzlaşmışdı.
Qiymət azalması daha çox Federal Ehtiyatlar Sistemi 2023-cü ildə faiz dərəcələrini artıracağını açıqladıqdan sonra bazarda baş verən dalğalanmalarla əlaqələndirilir.