Nazir: "Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması bir neçə ay çəkə bilər"

Nazir: "Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması bir neçə ay çəkə bilər" Rusiya Energetika Nazirliyi neftin qiymətinin kəskin azalmasından əvvəlki səviyyəyə bir neçə aya qayıdacağını gözləyir.
Energetika
10 mart 2020 10:23
Nazir: Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması bir neçə ay çəkə bilər

"Rusiya Energetika Nazirliyi neftin qiymətinin kəskin azalmasından əvvəlki səviyyəyə bir neçə aya qayıdacağını gözləyir".

“Report” “Russia-24”ə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

OPEC+ söbdələşməsinin Rusiya üçün səmərəli olduğunu bildirən nazir ölkəsinin qısa perspektivdə gündəlik hasilatı 250-300 min barel, daha sonra da 500 min barel artıra biləcəyini deyib.

OPEC ölkələri bazarı sabitləşdirmək üçün yalnız OPEC+ formatının hasilatı azaltmaq razılaşması çərçivəsində hasilat həcmini daha da azaltmaqla bağlı məsələni müzakirə ediblər. Rusiya ilə OPEC üzvü ölkələri bazardakı vəziyyəti müzakirə etmək üçün may – iyun aylarında görüş keçirməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi