Çərşənbə günü güclü artımdan sonra bu gün səhər saatlarında neft qiymətlərində azalıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:51-də Şimal dənizində hasil edilən “Brent” neftinin iyun fyuçerslərinin qiyməti 0,09% düşərək 66,52 dollar səviyyəsində qərarlaşıb.
“WTI” neftinin may fyuçersləri isə 0,19% ucuzlaşaraq bir bareli 63,03 dollara satılıb.
Neft qiymətlərindəki bu cüzi azalma qiymətlərə edilmiş düzəlişlərlə əlaqədardır.