Neftin qiyməti yenidən qalxmağa başlayıb

Neftin qiyməti yenidən qalxmağa başlayıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti ikigünlük davamlı azalmadan sonra yenidən qalxmağa başlayıb.
Energetika
12 Oktyabr , 2018 11:19
Neftin qiyməti yenidən qalxmağa başlayıb
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti ikigünlük davamlı azalmadan sonra yenidən qalxmağa başlayıb.

“Report” xəbər verir ki, "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:15-a olan məlumata görə, 1,22% artaraq 81,24 dollar/barel təşkil edib.

Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti isə 1,18% qalxaraq 71,81 dollar/barel olub.

Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində artaraq ötən həftə 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub. Lakin bu həftənin əvvəlindən qiymətdə dalğalanmalar başlayıb.

Son xəbərlər

Orphus sistemi