Yuxarı

​Neftin qiyməti yenidən qalxıb

Brent markalı neft 48,92 dollar/barel olub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,78 dollar, yaxud 4% bahalaşaraq 46,68 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti də 1,17 dollar, yaxud 2,45% bahalaşaraq 48,92 dollar/barelə qalxıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi