Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır ABŞ dollarının möhkəmlənməsi fonunda qiymətin azalmasından sonra dünya bazarlarında neft korreksiya çərçivəsində bahalaşır.
Energetika
11 Noyabr , 2021 09:57
Neft yenidən bahalaşır

ABŞ dollarının möhkəmlənməsi fonunda qiymətin azalmasından sonra dünya bazarlarında neft korreksiya çərçivəsində bahalaşır.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,24% bahalaşaraq, 1 bareli 82,84 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti də 0,22% artaraq, 1 bareli 81,52 ABŞ dolları təşkil edib. Ümumilikdə dünən qiymətlərdə müvafiq olaraq, 2,5% və 3,3% azalma qeydə alınmışdı.

Dünən ABŞ dollarının məzənnəsi digər valyutalara nisbətdə 1%-dək artıb. ABŞ dollarının möhkəmlənməsi digər valyutalarda satınalmalar zamanı xammalı, o cümlədən nefti daha az əlçatan edir.

İngilis versiyası Global oil prices rise

Son xəbərlər

Orphus sistemi