Neftin qiyməti yenidən 50 dollar həddinə yaxınlaşıb

Neftin qiyməti yenidən 50 dollar həddinə yaxınlaşıb ​ABŞ-da isə neftin qiyməti dəyişməyib
Energetika
31 May , 2016 09:17
Neftin qiyməti yenidən 50 dollar həddinə yaxınlaşıb

Bakı. 31 may. REPORT.AZ/ Mayın sonuncu bazar ertəsi ABŞ-da hərbi xidmətdə vəfat etmiş şəxslərin xatirəsi (Decoration Day) yad edildiyi üçün qeyri-iş günü hesab edilir. Mayın 30-u məhz “Decoration Day” münasibəti ilə qeyri-iş günü olduğuna görə, dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiymətində heç bir dəyişiklik baş verməyib və WTI-nin qiyməti ötən həftənin sonunda olduğu kimi 49,33 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,44 dollar və ya 0,89% irəliləyərək 49,76 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi