Yuxarı

Neftin qiyməti yenidən 37 dollara düşüb

WTI markalı neftin qiyməti isə 35 dollar/bareldən aşağı enib

Bakı. 18 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,57 dollar yaxud 1,61% geriləyərək 34,95 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,33 dollar və ya 0,88% ucuzlaşaraq 37,06 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 40 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi