Neftin qiyməti ucuzlaşmağa başlayıb

Neftin qiyməti ucuzlaşmağa başlayıb Bu, ABŞ-da qazma qurğularının sayının artması xəbərindən sonra baş verib
Energetika
24 Noyabr , 2016 01:46
Neftin qiyməti ucuzlaşmağa başlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Neftin dünya qiymətləri çərşənbə günü Birləşmiş Ştatlarda yerli "Baker Hughes" neft-qaz xidməti şirkətinin ölkədə neft buruqlarının sayının artması barədə xəbəri fonunda ucuzlaşmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə elektron hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə çərşənbə günü 22.17-yə olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı "Brent"in yanvar fyuçerslərinin qiyməti 0,12% azalaraq bir barel üçün 49,06 dollara düşüb. WTI markalı neftin yanvar fyuçersləri isə 0,02% ucuzlaşaraq bir barelə görə 48,02 dollara bərabər olub.

ABŞ-da qazma qurğularının sayı barədə xəbərlərə qədər hər iki markanın qiymətində artım müşahidə olunurdu.

Son xəbərlər

Orphus sistemi