​Neftin qiyməti son iki həftədə ilk dəfə olaraq 50 dolları ötüb

​Neftin qiyməti son iki həftədə ilk dəfə olaraq 50 dolları ötüb Cümə günü səhər bu göstərici 48 dollar keçmişdi
Energetika
28 Avqust , 2015 22:00
​Neftin qiyməti son iki həftədə ilk dəfə olaraq 50 dolları ötüb

Bakı. 28 Avqust. REPORT.AZ/ Oktyabr ayında "Brent" markalı neftin fyuçers müqaviləsinin tədarüklə birgə qiyməti bu gün Londonun ICE birjası hərraclarında 5 faiz artaraq bir barel üçün avqustun 13-dən bu yana maksimum həddə - 50,1 dollara yüksəlib.

"Report" xəbər verir ki, cümə günü səhər "Brent" markalı neftin bir barelinin qiyməti 48 dolları ötüb, lakin artıq açılışdan sonra ilk dəqiqələr ərzində neftin qiyməti demək olar ki, bütün artımını itirib və 47,61 dollara qədər düşüb.

Günorta "Brent"in qiymətinin düşməsi sürətlənib və o 47 dollardan da aşağı düşüb.

Son xəbərlər

Orphus sistemi