Neftin qiyməti son bir ildə ilk dəfə olaraq 57 dolları ötüb

Neftin qiyməti son bir ildə ilk dəfə olaraq 57 dolları ötüb ​Neftin qiyməti son bir ildə ilk dəfə olaraq 57 dolları ötüb
Energetika
12 Dekabr , 2016 03:19
Neftin qiyməti son bir ildə ilk dəfə olaraq 57 dolları ötüb

Bakı. 12 dekabr. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti 21 iyul 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 57 dolları ötüb.

"Report" xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Dekabrın 10-da Vyanada OPEC-ə daxil olmayan neft istehsalçısı ölkələrinin görüşü keçirilib. Görüşdə 12 dövlət iştirak edib. Sonda 11 ölkə tərəfindən 2017-ci ilin yanvarından etibarən neft hasilatının ümumilikdə sutkada 558 min barel azaldılması barədə saziş imzalanıb. Azərbaycan neft hasilatını sutkada 35 min barel azaltmağa razılıq verib.

Son xəbərlər

Orphus sistemi