Neftin qiyməti sabitləşib

Neftin qiyməti sabitləşib "Brent"in qiyməti 0,31 dollar bahalaşıb, WTI isə 0,20 dollar ucuzlaşıb
Energetika
8 İyul , 2015 09:03
Neftin qiyməti sabitləşib

Bakı. 8 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,20 dollar və ya 0,38% ucuzlaşaraq 52,33 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,55% yaxud 0,31 dollar irəliləyərək 56,85 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi