​Neftin qiyməti psixoloji baryeri keçdi

​Neftin qiyməti psixoloji baryeri keçdi "Report" bu il neftin qiymətinin 75 dollar/barelə qədər yüksələcəyini proqnozlaşdırır
Energetika
13 Aprel , 2015 14:00
​Neftin qiyməti psixoloji baryeri keçdi

Bakı. 13 aprel. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti psixoloji həddi - 60 ABŞ dolları/barel səviyyəsini üstələyib.

"Report"un məlumatına görə, ötən həftə 59 dollar/barelə qədər yüksələn "Brent" markalı neftin qiyməti bu həftəyə də artımla başlayıb.

Qeyd edək ki, bu ilin əvvəlində neftin qiyməti 58 dollar/barel olub. Daha sonra, yanvarın 13-də qiymət son zamanların minimum səviyyəsinə - 47,68 dollara enib. Son vaxtlar dünya bazarında dolların güclənməsinə baxmayaraq, neftin qiyməti bahalaşır. Burada Yəməndəki hadisələr və İrana qarşı tətbiq olunan embarqonun aradan qaldırılması amillərinin rolu böyükdür.

"Report"un analitik qrupu bundan öncə də qeyd etdiyi kimi, 2015-ci il ərzində neftin qiymətinin 75 dollar/barelə qədər yüksələcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi