Neftin qiyməti OPEC + sazişinin uzadılması ilə bağlı qeyri-müəyyənlik fonunda aşağı düşür

Neftin qiyməti OPEC + sazişinin uzadılması ilə bağlı qeyri-müəyyənlik fonunda aşağı düşür "Brent" markalı neftin bir bareli 63,27 dollar təşkil edir
Energetika
29 Noyabr , 2017 01:13
Neftin qiyməti OPEC + sazişinin uzadılması ilə bağlı qeyri-müəyyənlik fonunda aşağı düşür

Bakı. 29 noyabr. REPORT.AZ/ Neftin qiyməti çərşənbə axşamı hasilatın azaldılmasına dair OPEC+ sazişinin müddətinin gözlənilən uzadılması ilə bağlı qeyri-müəyyənlik fonunda düşməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 23.14-ə olan məlumata görə, "Brent" markalı neftin fevral fyuçersləri 0,17 faiz ucuzlaşaraq bir barel üçün 63,27 dollar təşkil edib.

WTI markalı yüngül neftin dekabr fyuçersləri 0,14% ucuzlaşaraq bir barelə görə 58,03 dollara düşüb.

Bazarlar OPEC+ daxil olan və olmayan ölkələrin nümayəndələrinin bəyanatlarına belə reaksiya veriblər.

Son xəbərlər

Orphus sistemi