Neftin qiyməti düşüb

Neftin qiyməti düşüb Bir gün öncəki ciddi bahalaşmadan sonra dünya bazarlarında neft qiymətləri korreksiya çərçivəsində düşüb.
Energetika
17 May , 2022 09:36
Neftin qiyməti düşüb

Bir gün öncəki ciddi bahalaşmadan sonra dünya bazarlarında neftin qiyməti korreksiya çərçivəsində düşüb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 0,32% ucuzlaşaraq, 1 bareli 113,87 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,34% düşərək, 1 bareli 111,44 ABŞ dolları təşkil edib.

Korreksiya ilə yanaşı “qara qızıl”ın qiymətinə təzyiq edən daha bir amil ABŞ-ın Energetika Nazirliyinin İqtisadi Məlumatlar İdarəsinin (EIA) proqnozudur. Belə ki, proqnoza görə iyun ayında ölkənin əsas neft-qaz hasilatı rayonlarında neft hasilatı cari ayla müqayisədə gündəlik 142 min barel artacaq.

İngilis versiyası Oil prices decline

Son xəbərlər

Orphus sistemi