Putinin bəyanatından sonra neft bahalaşır

Putinin bəyanatından sonra neft bahalaşır Dünya bazarında neftin qiyməti 1 %-dən çox ucuzlaşıb. Bunun səbəblərdən biri investorların bir sıra amillərlə əlaqədar bu enerji resursuna dair tələbat perspektivləri ilə bağlı narahatlıqlarıdır.
Energetika
7 sentyabr 2022 12:19
Putinin bəyanatından sonra neft bahalaşır

Tədarükün azalacağı ilə bağlı gözləntilər fonunda neftin qiyməti artıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçersləri 0,27 % bahalaşaraq 93,06 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,25 % artaraq 1 bareli 87,09 ABŞ dolları təşkil edib. 

Bu gün səhər saatlarında neft 1%-dən çox ucuzlaşıb. Lakin gün ərzində qiymətlər artmağa başlayıb.

Müsbət dinamikaya Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın onun üçün qiymət məhdudiyyətləri tətbiq edəcək ölkələrə neft tədarükünü dayandıracağı barədə bəyanatı səbəb olub.

10.22

Dünya bazarında neft 1 %-dən çox ucuzlaşıb. Bunun səbəblərdən biri investorların bir sıra amillərlə əlaqədar bu enerji resursuna dair tələbat perspektivləri ilə bağlı narahatlıqlarıdır.

“Report” xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 1,49 % ucuzlaşaraq 91,45 ABŞ dollarına satılıb.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,78 % düşərək 85,33 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasına təsir edən amillərdən biri ABŞ dollarının möhkəmlənməsidir.

Son xəbərlər

Orphus sistemi