Neftin qiyməti aşağı düşüb

Neftin qiyməti aşağı düşüb "Brent" neftinin fevral fyuçersləri 1,47% ucuzlaşıb
Energetika
28 Dekabr , 2016 06:28
Neftin qiyməti aşağı düşüb

Bakı. 28 dekabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz qatışığı olan neftin fevral fyuçersləri bir barelə görə 56 dollardan aşağı düşüb.

"Report" xəbər verir ki, bu barədə İCE birjasında keçirilən elektron hərracların nəticələri deməyə əsas verir.

Sözügedən neft növünün fevral fyuçersləri Bakı vaxtı ilə 05:40-a olan vəziyyətə görə, 1,47% faiz ucuzlaşaraq bir barel üçün 55,98 təşkil edib.

Son xəbərlər

Orphus sistemi