Yuxarı

Neftin qiyməti 7 aylıq minimuma enib

Hazırda birjalarda Brent markalı neftlə alqı-satqı 46,6 dollar/barel qiyməti ətrafında aparılır

Bakı. 20 avqust. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı xam neftin qiyməti 7 ayın ən aşağı həddinə düşüb. "Report"un xarici mediaya istinadən verdiyi məlumata görə, hazırda birjalarda "Brent" markalı neftin bir barelinin qiyməti 46,57 dollara bərabərdir.

Bu göstərici 2015-ci il yanvarın 14-dən sonra ilk dəfə qeydə alınır. Həmin vaxt "Brent" markalı neftin dəyəri 45,56 dollar olub.

Məlumata görə, neftin belə ucuzlaşmasının səbəbi Federal Ehtiyat Sisteminin (FED) ötən gün ABŞ-ın iqtisadi şərtlərinin dolların uçot dərəcəsinin artması ehtimallarına cavab verməməsini deməsi və Çin iqtisadiyyatı ilə bağlı narahatlığını açıqlaması ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi