Yuxarı

Neftin qiyməti 65 dolları keçib

WTI neftinin qiyməti 58 dollara çatıb, Brentin qiyməti isə 65 dolları üstələyib

Bakı. 24 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,58 dollar yaxud 2,81% bahalaşaraq 57,74 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 2,23 dollar yaxud 3,55% artaraq 65,02 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi