Neftin qiyməti 60 dollar/barelə çatıb

Neftin qiyməti 60 dollar/barelə çatıb WTI markalı neftin bir barelinin qiyməti isə 53,3 dollara yaxınlaşıb
Energetika
15 Aprel , 2015 09:31
Neftin qiyməti 60 dollar/barelə çatıb

Bakı. 15 aprel.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,59% yaxud 1,38 dollar bahalaşaraq 53,29 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 1,04% və ya 0,62 dollar bahalaşaraq 59,77 dollara qalxıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 61 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi