Neftin qiyməti 58 dollara çatıb

Neftin qiyməti 58 dollara çatıb Dünya bazarında WTI markalı neftin qiyməti isə 7% bahalaşaraq 53 dollar/bareli üstələyib
Energetika
4 Fevral , 2015 09:25
Neftin qiyməti 58 dollara çatıb

Bakı. 4 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 6,56% yaxud 3,48 dollar artaraq 53,05 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə edilib. Belə ki, "Brent"in bir barelinin qiyməti 5,46% və ya 3,16 dollar bahalaşaraq 57,91 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 61 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi