Neftin qiyməti 55 dollar/bareli keçə bilməyib

Neftin qiyməti 55 dollar/bareli keçə bilməyib Neftin yaxın aylarda 50-60 dollar/barel qiyməti ilə satılacağı proqnozlaşdırılır
Energetika
22 Dekabr , 2016 10:05
Neftin qiyməti 55 dollar/bareli keçə bilməyib

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-da neft ehtiyatlarının 10-16 dekabr hesabat həftəsində gözlənilmədən artması "Brent" markalı neftin qiymətinin 55 dollar/bareli keçməsinə mane olub. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin hesabatında ölkədə neft ehtiyatlarının 2,26 mln. barel və ya 0,47% artaraq 485,4 mln. barelə çatdığı bildirilir. Benzin ehtiyatları 1,31 mln. barel və ya 0,57% azalaraq 228,7 mln. barel, distillat ehtiyatları isə 1,55% azalaraq 153,5 mln. barel olub.

Analitiklər hesabat həftəsində neft ehtiyatlarının 2,52 mln. barel azalacağını, benzin ehtiyatlarının 1,42 mln. barel artacağını, distillatların isə 1,15 mln. barel azalacağını proqnozlaşdırırdılar.

Hesabat həftəsində ABŞ-da neft hasilatı 10 min barel/gün və ya 0,1% azalaraq 8,786 mln. barelə geriləyib. Keçən ilin analoji dövrü ilə müqayisədə isə gündəlik hasilat 4,3% azalma göstərib.

Məlumatların açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 3%-ə yaxın geriləyərək 54,3 dollar/barelə düşüb. "Report"un analitik qrupu neftin qiymətinin yaxın 3-6 ayda 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyini ehtimal edir. Neft qiymətlərində dəyişikliyin 2017-ci ilin II yarısında baş verəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi