Neftin qiyməti 50 dollarlıq psixoloji həddən aşağı düşüb

Neftin qiyməti 50 dollarlıq psixoloji həddən aşağı düşüb WTI markalı neftin qiyməti 45,17 dollar/barel, "Brent"in qiyməti isə 49,52 dollar/barelə enib
Energetika
4 Avqust , 2015 09:09
Neftin qiyməti 50 dollarlıq psixoloji həddən aşağı düşüb

Bakı. 4 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,95 dollar və ya 4,14% ucuzlaşaraq 45,17 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 5,15% yaxud 2,69 dollar geriləyərək 49,52 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi