Neftin qiyməti 5,5 ilin ən minimal həddinə düşüb

Neftin qiyməti 5,5 ilin ən minimal həddinə düşüb Analitiklərinin fikrincə, "Brent" markalı neft 54,98 dollara, ABŞ nefti isə 52,10 dollara qədər ucuzlaşacaq
Energetika
30 Dekabr , 2014 19:01
Neftin qiyməti 5,5 ilin ən minimal həddinə düşüb

Bakı. 30 dekabr. REPORT.AZ/ Xam neft hasilatının bolluğu onun dünya bazarında qiymətini son 5,5 ilin ən aşağı həddinə - 57 dollar/barelə çatdırıb. "Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, sonuncu dəfə 2009-cu ilin mayında "Brent" markalı neftin qiyməti 56,74 dollar olub. Neftin qiymətinin ucuzlaşmasına həm də ABŞ-ın yanar şist hasilatına başlaması da təsir edib. "Reuters"in analitiklərinin fikrincə, "Brent" markalı neft 54,98 dollara, ABŞ nefti isə 52,10 dollara qədər ucuzlaşacaq.

Son xəbərlər

Orphus sistemi