Bakı. 8 mart. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti bir barelə görə 41 dollar göstəricisini ötüb.
"Report" xəbər verir ki, beynəlxalq hərraclar zamanı "Brent" etalon markalı xammalın bir bareli 41,02 dollara satılıb.
Hərraclar zamanı artım 6% təşkil edib.
Bu qiymət 2015-ci ilin dekabr ayından bu yana ilk dəfədir ki qeydə alınır.