Yuxarı

Neftin qiyməti 4% bahalaşıb

Brent markalı neft 38,72 dollar/barelə bərabər olub

Bakı. 5 mart.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,35 dollar, yaxud 3,91% bahalaşaraq 35,92 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,65 dollar və ya 4,45% artaraq 38,72 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 41 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi