Neftin qiyməti 4 faizdən çox bahalaşıb

Neftin qiyməti 4 faizdən çox bahalaşıb “Brent” markalı neftin qiyməti 48,79 dollara çatıb
Energetika
21 Noyabr , 2016 21:52
Neftin qiyməti 4 faizdən çox bahalaşıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Neftin dünya qiymətləri bazar ertəsi OPEK-ə daxil olan və olmayan ölkələrin “qara qızıl”ın hasilatının məhdudlaşdırılması üzrə sazişi imzalamağa yaxın olmalarına dair ehtimallar fonunda 4 faizdən çox bahalaşıb.

“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə saat 21.16-ya olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan “Brent” markalı neftin yanvar fyuçersləri 4,12% artaraq bir barelə görə 48,79 dollara çatıb. WTI makarlı neftin yanvar fyuçersləri isə 4,03% bahalaşıb və bir barel üçün 48,23 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi