​Neftin qiyməti 27 dollardan aşağı düşüb

​Neftin qiyməti 27 dollardan aşağı düşüb WTI markalı neftin qiyməti 5%-dən çox ucuzlaşıb
Energetika
20 Yanvar , 2016 21:47
​Neftin qiyməti 27 dollardan aşağı düşüb

Bakı. 20 yanvar. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən hərraclar zamanı neftin dünya üzrə qiymətləri ucuzlaşmaqda davam edib.

"Report" xəbər verir ki, Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı yüngül neftin qiyməti 5%-dən çox düşərək 26,92 dollara çatıb.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fyuçersləri bir barelə görə 1,18 dollar azalaraq 27,58 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi