Yuxarı
    Bağlamaq

    ​Neftin qiyməti 2015-ci ilin noyabrından bu yana ilk dəfə olaraq 47 dolları ötüb

    Brent markalı neft 3,18% bahalaşaraq 7,03 dollar olub

    Bakı. 27 aprel. REPORT.AZ/ Çərşənbə günü neftin dünya qiymətləri artmaqda davam edir.

    "Report" xəbər verir ki, bu gün saat 22.23 olan vəziyyətə görə, "Brent" markalı neftin qiyməti 11 noyabr 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq 47 dollara çatıb.

    Belə ki, Şimal dənizi neftinin bir barelinin iyun fyuçersləri 3,18% bahalaşaraq 47,03 dollar olub.

    Elektron hərraclar zamanı WTI markalı neftin iyun fyuçersləri 3,20% artaraq bir barelə görə 45,45 dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi