Neftin kəskin ucuzlaşması "General Electric"in gəlirlərini azaldıb

Neftin kəskin ucuzlaşması "General Electric"in gəlirlərini azaldıb Şirkət gələn il neft-qaz bölümündə xərclərini 1 mlrd. dollar azaltmağı planlaşdırır
Energetika
22 Dekabr , 2015 13:55
Neftin kəskin ucuzlaşması General Electricin gəlirlərini azaldıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "General Electric" Korporasiyasının (ABŞ) 7 bölümündən üçünün gəlirində bu ilin 9 ayı ərzində azalma qeydə alınıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən böyük azalma isə neft və qaz sektorunda xidmətlər göstərən bölümdədir.

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə sərmayəçilərin neft və qaz sektorunun gələcək layihələrinə investisiya yatırmaq təşəbbüslərinin azalması Korporasiyanın bu bölümünə ciddi təsir göstərib.

Bu ilin 9 ayı ərzində Korporasiyanın neft və qaz sektorundan gəlirləri 13% azalıb. Hesabat dövründə əməliyyat mənfəəti isə 10% azalıb.

Aşağı neft qiymətləri və həcmləri Korporasiyanın bu bölümündə ciddi çağırışlar yaradıb. Şirkət bu ilin 9 ayı ərzində bu bölümdə xərclərini 600 mln. dollara qədər azaldıb, gələn il isə xərclərini 1 mlrd. dollaradək azaltmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi