Yuxarı

​Neftin bir barelinin qiyməti 35 dollara yaxınlaşıb

Brent 7,15% bahalaşaraq 34,48 dollar/barelə çatıb

Bakı. 18 fevral. REPORT.AZ/ London və Nyu-Yorkun elektron əmtəə birjalarında keçirilən hərraclar zamanı neftin qiyməti artmaqda davam edib.

"Report" xəbər verir ki, Nyu-York birjasında WTI markalı yüngül neftin mart fyuçersləri 6,10% bahalaşaraq 30,81 dollar/barelə çatıb.

Londonun "ICE Futures" əmtəə birjasında martda tədarük olunacaq "Brent" markalı neftin qiyməti 7,15% artaraq bir barelə görə 34,48 dollar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi