Neftin bahalaşmasının səbəbi açıqlandı

Neftin bahalaşmasının səbəbi açıqlandı Amerika Neft İnstitutu (API) ABŞ-da həftəlik ehtiyatların sürətlə azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir
Energetika
3 İyun , 2021 10:22
Neftin bahalaşmasının səbəbi açıqlandı

Amerika Neft İnstitutu (API) ABŞ-da həftəlik ehtiyatların sürətlə azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:03-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,55% bahalaşaraq, 1 bareli 71,74 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,6% artaraq, 1 bareli 69,24 dollar təşkil edib.

Daha əvvəl API 28 may tarixinədək olan həftə ərzində ABŞ-da kommersiya ehtiyatlarının 5,4 milyon barel azaldığını məlumat vermişdi. Bu, ehtiyatların 8 milyon barel azaldığı aprelin sonlarından bu yana ən kəskin azalma ola bilər.

Kommersiya ehtiyatları ilə bağlı rəsmi stastistika bu axşam ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanacaq. Analitiklər ehtiyatların 2,4 milyon barel azaldığını güman edirlər.

Treyderlər “OPEK+” üzvlərinin keçirdiyi iclasın nəticələrini qiymətləndirməkdə davam edirlər. Görüşün nəticəsi olaraq, alyans razılaşmanın əvvəlki parametrlərini saxlanması, yəni iyul ayında hasilatın bir qədər artırılması haqqında qərar qəbul edib. Gələcək planlar alyansın iyulun 1-də keçiriləcək növbəti iclası zamanı məlum olacaq.

Son xəbərlər

Orphus sistemi