Neftin bahalaşması səngidi

Neftin bahalaşması səngidi Neftin qiymətləri dünənki əhəmiyyətli artımdan sonra bu gün cüzi dəyişib.
Energetika
116
3 İyun , 2021 20:32
Neftin bahalaşması səngidi

Neft qiymətləri dünənki əhəmiyyətli artımdan sonra bu gün cüzi dəyişib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 19.20-yə olan vəziyyətə görə “Brent” markalı neftin avqust fyüçersləri 0,08 faiz ucuzlaşaraq 71,29 ABŞ dollarından, “WTI” markalı neftin iyul fyüçersləri isə 0,32 faiz bahalaşaraq 69,05 dollardan satılıb.

Ekspertlərin qənaətincə, cari ilin ikinci yarısında neft bazarında tələbat təklifdən çox olacaq. Belə ki, OPEC+ məlumatına görə, xam neftə gündəlik tələbat 99,8 milyon barel, təklif isə 97,5 milyon barel həcmində gözlənilir. Bu kəsrin başlıca amili kimi dünyada ən böyük neft istehlakçısı ABŞ və Çində, habelə karantin tədbirlərinin getdikcə ortadan qalxdığı Böyük Britaniyada tələbatın artması göstərilir.

Xatırladaq ki, ötən həftə ABŞ-da xam neft ehtiyatlarının həcmi rəsmi məlumata görə 5.080 milyon barel, Amerika Neft İnstitutunun (API) məlumatına görə isə 5 milyon bareldən artıq azalıb.

Son xəbərlər

Orphus sistemi