Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir "Brent" markalı neftin qiyməti 66 dollar/barelə yaxınlaşıb
Energetika
30 Aprel , 2015 09:18
Neftin bahalaşması davam edir

Bakı. 30 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,66% yaxud 1,52 dollar bahalaşaraq 58,58 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də artım qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 1,86% yaxud 1,2 dollar artaraq 65,84 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi