Neftçalanın Xoltəzəkənd kəndinə ilk dəfə təbii qaz verilib

Neftçalanın Xoltəzəkənd kəndinə ilk dəfə təbii qaz verilib Ölkədə daha 118 abonent qazla təmin olunub
Energetika
27 Aprel , 2016 18:26
Neftçalanın Xoltəzəkənd kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 26 aprel. REPORT.AZ/ Neftçala rayonunun Xoltəzəkənd kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 118 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 998 metrlik müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi