Bakı. 7 mart. REPORT.AZ/ Neftçala rayonunun Xol Qarabucaq kəndinə ilk dəfə təbii qaz verilib. "Report"un xəbərinə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 233 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 36 451 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə minnətdarlıqlarını bildiriblər.