Yuxarı

​Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə qaz verilib

Kənddə 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb

Bakı. 6 aprel. REPORT.AZ/ Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyi, Neftçala rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 219 abonenti olan Birinci Qaralı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 389 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev ölkənin qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi