​Neftçalada daha bir kəndə ilk dəfə qaz verilib

​Neftçalada daha bir kəndə ilk dəfə qaz verilib Aşağı Surra kəndində 1 185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb
Energetika
9 İyun , 2015 13:58
​Neftçalada daha bir kəndə ilk dəfə qaz verilib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Neftçala rayonunun Aşağı Surra kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, 1 185 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3 585 metr uzunluğunda müxtəlif diametrli polietilen və 66 498 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi