Neft yenidən ucuzlaşır

Neft yenidən ucuzlaşır "Brent" markalı neftin qiyməti 57,85 dollar/barelə düşüb
Energetika
14 İyul , 2015 09:11
Neft yenidən ucuzlaşır

Bakı. 14 iyul.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,54 dollar və ya 1,02% ucuzlaşaraq 52,20 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,50% yaxud 0,88 dollar geriləyərək 57,85 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi