Yuxarı

Neft yenidən ucuzlaşıb

Brent markalı neftin qiyməti 45,8 dollar/barelə enib

Bakı. 12 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,28 dollar yaxud 2,90% ucuzlaşaraq 42,93 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,63 dollar və ya 3,44% ucuzlaşaraq 45,81 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi