Yuxarı

Neft yenidən ucuzlaşıb

Brent markalı neftin qiyməti 49 dollar/barelə düşüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,25 dollar yaxud 0,53% ucuzlaşaraq 46,9 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti də 0,67 dollar yaxud 1,35% ucuzlaşaraq 49,08 dollar/barelə enib.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi