Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb "Brent" markalı neftin qiyməti 55,55 dollar/barelə düşüb
Energetika
9 Aprel , 2015 09:18
Neft yenidən ucuzlaşıb

Bakı. 9 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 7,06% yaxud 3,56 dollar ucuzlaşaraq 50,42 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də azalma müşahidə olunub. "Brent"in bir barelinin qiyməti 6,39% yaxud 3,55 dollar ucuzlaşaraq 55,55 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası Oil prices drop in markets

Son xəbərlər

Orphus sistemi