Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb "Brent" markalı neftin qiyməti 48,5 dollara düşüb
Energetika
23 Yanvar , 2015 09:21
Neft yenidən ucuzlaşıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,17% yaxud 1,47 ucuzlaşaraq 46,31 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 1,05% və ya 0,51 dollar enərək 48,52 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi