Bakı. 9 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,20 dollar, yaxud 3,88% ucuzlaşaraq 29,69 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,18 dollar və ya 3,46% ucuzlaşaraq 32,88 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 34 dollar/barel olacağı gözlənilir.