Yuxarı
    Bağlamaq

    Neft yenidən bahalaşmağa başlayıb

    Bunun səbəbi ABŞ-da neft ehtiyatlarının kəskin azalması haqqında xəbəblərdir

    Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 1-7 iyul həftəsində 8,13 mln. barel azalıb. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə,  bu məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. Qeyd edək ki, bu, 2016-cı ilin sentyabr ayından bugünədək ən maksimal azalma hesab edilir. Analitiklər neft ehtiyatlarının 2,9 mln. barel azalacağını gözləyirdilər. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 0,801 mln. barel azalıb. ABŞ-ın əsas - Kuşinq neft terminalında isə neft ehtiyatları 2,03 mln. barel geriləyərək 2014-cü ilin fevral ayından bugünədək ən maksimal azalmanı göstərib.

    Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, iyulun 12-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 2,85 mln. barel azalacağını proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

    "Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti bu xəbərin açıqlanması ilə artmağa başlayıb və hazırda 1,7% yüksələrək 48,3 dollar/barelə yaxın qiymətə satılır. Neft qiymətlərinin ilin sonuna qədər 42-52 dollar/barel diapazonunda dalğalanacağı ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi